MAĞAZALAR / VERANDA

    Veranda MMC - təqdimata ehtiyacı olmayan dünya şöhrətli şirkətlərin bağ üçün istehsal etdiyi mebellərin gətirilməsi sahəsində ixtisaslaşmışdır. Təklif olunan mebellər möhkəm və yüksək keyfiyyətlı materiallardan hazirlanmış, nəfis tərtibatı ilə seçilir və heç bir şübhə doğurmur. Çoxsaylı və müasir üslubda hazırlanmış açılıb bağlanan oturacaq və kreslolar, göz oxşayan şezlonqlar və s. mebel dəstləri sizə seçiminizdə heç bir çətinlik yaratmır, yüksək ixtisaslı məsləhətçilər təklif olunan geniş çeşidli məhsullar sırasından sizə seçim etməkdə yardımçı ola bilərlər. Seçiminizi isə siz kataloqdan edə bilərsiniz. Sifarişlər tələb olunan ünvana 3 ay müddətində çatdırılır.

    Veranda MMC Dedon (Almaniya), Brown Jordan (ABŞ), Kettal (İspaniya) və s. tanınmış şirkətlərin istehsal etdikləri bağ mebellərini təklif edir. Bu mebelləri həm ev şaraitində, həmdə açıq havada istifadə etmək olar. Mebellərin hazırlanmasında istifadə edilmiş materiallar 60 dərəcə istiliyə və 20 dərəcə şaxtaya dözümlüdür, qardan, yağışdan və günəş şüasından qorxmur. Bu mebellər ultrabənövşəyi şualara və havanın hərarətinin dəyişkənliyinə qarşı olduqca dözümlüdür. Sudan və rütubətdən qorxmur, ekoloji cəhətdən təmizdir, təkrar emal üçün yararlıdır, dözümlüdür və uzunömürlüdür, bambuk və s. bu tipli ağac növlərindən peşəkar ustalar tərəfidən hazırlanmışdı. 

    İstehsalçı firmalar məhsullarına 5-15 il zəmanət verirlər. Bununla yanaşı orta təbəqə üçün də təkliflər var. Misal üçün Polşa istehsalı olan mebellərə verilən zəmanət 3 il təşkil edir.

    Veranda MMC eyni zamanda SİA firmasının bağ interyeri üçün geniş çeşiddə atributları təklif edir: güllər, parça dəsti, yemək və mətbəx dəsti, güldanlar, çərçivələr, çilçiraqlar, şamdanlar və s. İstehlakçıların istəyi ilə dizayner xidmətləri də təklif edir.

Tel: (+994 12) 565 88 21

XƏBƏRLƏR
02.07.2011
«Şüvəlan Park» ticarət mərkəzində PAŞA BANK ASC-in yeni filialı açılmışdır.
ətraflı oxu
02.07.2011
Action World - oyun avtomatlarının zonası - istirahət üçün gözəl məkandır
ətraflı oxu
ŞÜVƏLAN PARKA NECƏ GETMƏLİ