MAĞAZALAR / MUSTAFA TAYAT

   Bakıda fəaliyyət göstərən Docta MMC-in apteklərindən biri də burada yerləşir. Bu aptekdə dava-dərmanın və qeyri-dərman əczaçılıq məhsullarının geniş çeşidi təklif olunur. Buranın əsas xüsusiyyəti digər apteklərə nisbətən qiymətlərin orta hesabla 5-10 faiz ucuz olmasıdır. Bununla belə Docta apteklər şəbəkəsində vahid tarif xətti yeridilməklə məhsul keyfiyyətinə şübhə yeri qoyulmur. Belə ki, şirkət birbaşa dərman tədarükçülərilə, kosmetika mallarının isə yalnız rəsmi distribütorları ilə çalışaraq malları vasitəçisiz əldə edir. Aptekdə bütün malların dəqiq bölgüsü aparılır, məsələn yalnız reseptlə verilən dərmanlar şampunlara qarışmır. Hərtərəfli təlim keçmiş satıcılar dərman seçməkdə müştəriyə ixtisaslı yardım göstərirlər.

Tel: (+994 12) 565 88 13, 565 88 14

   

XƏBƏRLƏR
02.07.2011
«Şüvəlan Park» ticarət mərkəzində PAŞA BANK ASC-in yeni filialı açılmışdır.
ətraflı oxu
02.07.2011
Action World - oyun avtomatlarının zonası - istirahət üçün gözəl məkandır
ətraflı oxu
ŞÜVƏLAN PARKA NECƏ GETMƏLİ