MAĞAZALAR / OPTİC GALLERY

   «Şüvəlan Park» ticarət mərkəzində fəaliyyət göstərən Optic Gallery salonunda geniş çeşiddə kontakt linzaları, optik və gün əleyhinə eynəklər və onlar üçün nəzərdə tutulan aksesuarlar təklif olunur. Optic Gallery mağazası Bakıda fəaliyyət göstərən eyni adlı kompaniyanın sayca dördüncü dükanıdır. Kompaniya aparıcı Avropa istehsalçıları ilə sıx əməkdaşlıq edir və dünyanin bir çox tanınmış brendlərinin ölkəmizdə rəsmi distribyutorudur.

   Optic Gallery Avropanın Ciba Vision, Luxottica, Essilor, Marcolin Group və s. aparıcı şirkətlərinin istehsal etdiyiı kontakt linzalarının, həmçinin Avstriyanın Silhouette kompaniyasının optik və gün əleyhinə eynəklər və onlar üçün aksesuarların satışını təşkil edir. Optic Gallery salonunun təqdim etdiyi məhsullar sırasında Versace, D&G, Ray-Ban, Bulgari, Revo, Salvatore Ferragamo, Tiffany & Co, Chanel və s., ümumi sayı 50-dək olan dünyada ən cox tanınan və ən cox sevilən firmaların brendləri öz əksini tapmışdır. Onlardan hər biri sizin ümdə arzularınızın reallaşması deməkdir. Kontakt linzalar istifadə edən və bununla bağlı vaxtaşırı bir sıra narahatçılıqlarla üzləşənlər şübhəsiz ki AIR OPTIX™ Night & Day linzalarının dəyərini yüksək qiymətləndirirlər. Adı çəkilən linzaları 30 gün müddətində ardıcıl olaraq gözdən çıxarmadan istifadə etmək mümkündür. Eləcədə həmişə təmiz və güzgü kimi parlaq vəziyyətdə olan, heç zaman qulluq tələb etməyən birdəfəlik Focus Dailies linzalarını isə hər səhər fikirləşmədən gözünüzə keçirə bilərsiniz.

   Optic gallery müntəzəm olaraq endirim kompaniyaları keçirir. Yalnız Shuvalan Park-da yerləşən mağazada gün əleyhinə eynəklərin bütün növlərinə 40% endirim nəzərdə tutulur. Buradakı qiymətlər olduqca sərfəlidir. Mağazada hər növdən olan optik və gün əleyhinə eynəklərə bir illik zəmanət verilir.

Tel: (+994 12) 565 88 33

XƏBƏRLƏR
02.07.2011
«Şüvəlan Park» ticarət mərkəzində PAŞA BANK ASC-in yeni filialı açılmışdır.
ətraflı oxu
02.07.2011
Action World - oyun avtomatlarının zonası - istirahət üçün gözəl məkandır
ətraflı oxu
ŞÜVƏLAN PARKA NECƏ GETMƏLİ