MAĞAZALAR / MANGO

   «Şüvəlan Park» ticarət mərkəzində İspaniyanın Mango firmasının müasir dəbli geyim mağazası fəaliyyət göstərir. Bu brendlə istehsal olunan geyimlər öz keyfiyyəti, müasirliyi, rahatlığı və qiymətinə görə bütün dünyada tanınır. Mango geyimlər kataloqu hər zaman öz müasirliyi ilə seçilir. Burada siz gündəlik iş paltarları ilə yanaşı işgüzar görüşlər üçün nəzərdə tutulan kostyumlar və adi geyimlər əldə edə bilərsiniz. Baxmayaraq ki, Mango brendi özünü dünyaya gənc və müasir qızlar üçün geyim istehsalı ilə tanıtmışdı, burada yaşından (yeni doğulan uşaqlar istisna olmaqla) asılı olmayaraq hər bir qadın öz zövqünə uygun paltar və aksesuarlar seçə bilər.

   «Şüvəlan Park» Mango mağazasında paytaxtımızın bir sıra tanınmış magazalarında oldugu kimi bu dünya şöhrətli brendə məxsus olan geniş çeşidlı qadın paltarları və aksesuarları təklif olunur.

   Mango magazasında geyim dəstləri daim təzələnir. Bu zaman şirkət qiymət siyasətini elə tənzimləyir ki, təklif olunan malların satış dəyəri mağazaların hamısında eyni olur. İldə iki dəfə - yayda və qışda şirkət endrim kompaniyası keçirir. Endirimlər nəzərə çarpan dərəcədə samballı olur – öncə 25, sonra isə 50 və 70 %-ə qədər çatır. Endrim kompaniyası iki aya qədər davam edir. Fərqləndirici xüsusiyətlərdən biri də ondan ibarətdir ki, bir ay müddətində alınan mal (əgər etiketi və satış qəbzi durursa) qaytarıla və ya dəyişdirilə bilər. Lakin bu endirimlə alınan mallara şamil olunmur. Endirimlə alınan mal yuxarıda göstərilən şərtlərlə iki gün ərzində dəyişdirilə bilər.

   Mango firmasının geyimləri və aksesuarları yalnız İspaniyadan gətirilir, lakin bu brend adı ilə istehsal dünyanın bir çox ölkələrində aparılır.

Tel: (+994 12) 565 88 25

XƏBƏRLƏR
02.07.2011
«Şüvəlan Park» ticarət mərkəzində PAŞA BANK ASC-in yeni filialı açılmışdır.
ətraflı oxu
02.07.2011
Action World - oyun avtomatlarının zonası - istirahət üçün gözəl məkandır
ətraflı oxu
ŞÜVƏLAN PARKA NECƏ GETMƏLİ