MAĞAZALAR / GYM&FUN

   Uşaqlar üçün əyləncə otagı. Buradakı infrastruktur uşaqların fiziki inkişafına yönəlmişdir. Belə ki, burada onlar həm şənlənə bılər, həm də ki yüngül idman növlərilə - qaçmaq, tullanmaq, qayalığa dırmanmaq və s. məşğul ola bılərlər. Özüdə - heç bir qorxusuz, hətta uşaq yıxılsa belə onu heç bir təhlükə gözləmir.

   Azyaşlılar heç bir travma almadan yumşaq tentlə hörülmüş labirintlə hərəkət edə bilərlər.
   Körpələr üçün xüsusi olaraq əyləncə otağında xirda toplarla bəzədilmiş quru hovuz yaradılmışdı. Hovuzdakı rəngarəng yumşaq topcuqlar əslində suyu əvəz edir. Bu isə körpələr üçün nəinki maraqlıdı, hətta onların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.

   Quru hovuz - beyin, qan-damar sistemlərini, dayaq-hərəkət aparatını inkişaf etdidir, körpələrin əhval-ruhiyəsini və ümumilikdə onların emosional durumunu xeyli yaxşılaşdırır. Yumşaq topcuqlar bir növ massaj funksiyasının daşıyıcısı hesab olunur. Qeyd etmək lazımdır ki, hovuzda olan vaxt ərzində körpələr Gym&Fun əməkdaşlarının daima nəzarəti altında olurlar.

   Elə buradaca hər biri 50 nəfər üçün nəzərdə tutulmuş iki yaraşıqlı zalda (onları birləşdirmək imkanıda var) siz öz ad günlərinizi keçirə bilərsiz. İstədiyiniz yeməkləri heç yerə getmədən bir mərtəbə aşağıda yerləşən McDonald’s restoranında sifariş edə bilərsiz. Adambaşına nəzərdə tutulmuş menyu ucuz və sərfəlidir.

Tel: (+994 12) 565 88 26

XƏBƏRLƏR
02.07.2011
«Şüvəlan Park» ticarət mərkəzində PAŞA BANK ASC-in yeni filialı açılmışdır.
ətraflı oxu
02.07.2011
Action World - oyun avtomatlarının zonası - istirahət üçün gözəl məkandır
ətraflı oxu
ŞÜVƏLAN PARKA NECƏ GETMƏLİ