MAĞAZALAR / MCDONALD'S

   Azərbaycanda fəaliyyət göstərən McDonald’s şəbəkəsinin beşinci restoranı yüksə servis xidmətlərini təklif edir. Bu şirkətin inkişaf programının həyata keçirilməsi çərçivəsində Bakı və Respublikanın regionlarında ilk layihədir.

   Yeni tipli restoranda ictimai iaşə üçün nəzərdə tutulan son texnologiyalar tətbiq edilmiş, mətbəx və digər yardımçı sahələr istehsalın və hazır məhsulun keyfiyyətinə nəzarətedici ən yeni elektron cihazlarla təhciz edılmişdir. Burada McDonald’s restoranlar şəbəkəsində təklif olunan iaşə növləri təqdim edilmişdir.

   McDonald’s dünyada özünü ailəvi restoran kimi tanıtdığından burada hər bir ailənin səmərəli istirahəti ücün lazımi şərait mövcüddur.

   Valideynlər sakit və nuşcanlıqla nahar edən müddətdə onların uşaqları ikinci mərtəbədə ayrılmış xüsusi otaqda nəzarət altında istədikləri kimi şənlənib istirahət edə bilərlər.

   Buradakı qiymətlər başqa restoranlardakından heç də fərqli deyil, sadəcə olaraq aparılan marketinq siyasəti nəticəsində bir qədər seçilir. Məsələn, əgər başqa restoranlarda səhər menyusu saat 12-dək nəzərdə tutulursa burada vaxt 2 saat uzadılmışdır. Səhər yeməyinin qiyməti 1,9 manatdır, lakin vaxt ötdükdən sonra, yəni saat 14-dən eribarən onun qiyməti 2,4 manat olur.

   Restoranda uşaqlar üçün xüsusi Happy Meal menyusu nəzərdə tutulmuşdur. Təklif olunan ləziz yeməklər, təbii şirələr, meyvə və tərəvəzlər vitaminlərlə zənginləşmiş və orqanizmə olduqca xeyirlidir.

   Restoranda, o cümlədən mətbəx və digər yardımçı sahələrdə qayda qanuna və təmizliyə ciddi nəzarət olunur. Yeməklər, o cümlədən Bakı restoranlarında hazırlanan Coca-Cola içkisi ciddı texniki nəzarətdən keçir.

Tel: (+994 12) 565 88 26

XƏBƏRLƏR
02.07.2011
«Şüvəlan Park» ticarət mərkəzində PAŞA BANK ASC-in yeni filialı açılmışdır.
ətraflı oxu
02.07.2011
Action World - oyun avtomatlarının zonası - istirahət üçün gözəl məkandır
ətraflı oxu
ŞÜVƏLAN PARKA NECƏ GETMƏLİ