MAĞAZALAR / AZERCELL EKSPRES

   «Şüvəlan Park» ticarət mərkəzində Azercell Ekspresin ofisi fəaliyyət göstərir. Burada həmçinin Azercelin eksklüziv dileri – WorldTelecom təqdim olunmuşdur. Ofisdə mobil operator xidmətlərinin, o cümlədən abonent xidmətlərinin bütün növləri müştərilərə təklif olunur.

   Azercell Ekspres ofislərinin əsas məqsədi abonentlərə daha keyfiyyətli və operativ xidmət göstərilməsindən ibarətdir. Azercell Ekspres ofislərinə müracət edən abonentlər üçün hər cür şərait yaradılmışdı. Azercell Ekspres ofislərin iş fəaliyyəti «one stop shopping» konsepsiyasına əsaslanır. Başqa sözlə, ofisə müraciyyət edən abonent hət üç xidmət növündən yararlanmaq imkanı əldə etmiş olur. Burada telefon danışıqlarını ödəmək, abonent şöbəsinin xidmətlərindən yararlanmaq, təzə telefon və telefon nömrəsi almaq mümkündür. Ofisdə xidmətlər, kompaniyalar və tariflər haqqında məlumat, habelə xidmətlərdən istifadə qaydaları təlimatını əldə etmək mümkündür. Bundan başqa, lazımi məlumatı təqdim edərək tələb olunan əməliyyatları həyata keçirmək də mümkündür. Telefonlar çeşidi WorldTelecom şəbəkəsinin mağazalarında oldugu kimi müntəzəm olaraq yeniləşir.

   Şirkət Azərbaycan Respublikasının hər bir nöqtəsində öz abonentlərinə yüksək keyfiyyətli xidmət göstərmək niyyətindədir. Bu mənada nəinki Bakıda, habelə ölkənin digər regionlarındada belə ofislərin açılması nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, WorldTelecom mobil telefonları satışı üzrə 20 salon, həmçinin 2 Texniki Xidmət Mərkəzlərini birləşdirir.

    

XƏBƏRLƏR
02.07.2011
«Şüvəlan Park» ticarət mərkəzində PAŞA BANK ASC-in yeni filialı açılmışdır.
ətraflı oxu
02.07.2011
Action World - oyun avtomatlarının zonası - istirahət üçün gözəl məkandır
ətraflı oxu
ŞÜVƏLAN PARKA NECƏ GETMƏLİ